Avropa Konfrans Liqasında 2-ci raunda yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 45 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə bu gün çıxacaqlar. “Qəbələ” doğma meydanda baş tutan ilk oyunda 2:3 hesabıyla uduzduğu Kipr “Omoniya”sı ilə bu dəfə səfərdə üz-üzə gələcək.

“Neftçi” ilə “Sabah” isə müvafiq olaraq Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Latviya RFS-ini doğma meydanda qəbul edəcəklər. “Sabah” səfərdə 2:0 hesabıyla qalib gəlibsə, “Neftçi” 2:2 hesablı heç-heçəyə nail olub.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin 8 oyunu əvvəlki günlərdə baş tutub. Həmin oyunlardan sonra “Valmiera” (Latviya), “Neman” (Belarus), “Fənərbaxça” (Türkiyə), “Svift” (Lüksemburq), “Partizani” (Albaniya), “Struqa” (Şimali Makedoniya), AEK (Larnaka, Kipr) və “Qzira Yunayted” (Malta) komandaları növbəti mərhələyə yüksəliblər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
3 avqust

18:00. “Tobol” (Qazaxıstan) – “Bazel” (İsveçrə) (3:1)

19:00. “Santa Koloma” (Andorra) – “Sutyeska” (Monteneqro) (0:2)

19:00. “Pünik” (Ermənistan) – “Kalmar” (İsveç) (2:1)

19:30. “Spartak” (Trnava, Slovakiya) – “Auda” (Latviya) (1:1)

20:00. “Aktobe” (Qazaxıstan) – “Torpedo” (Kutaisi, Gürcüstan) (4:1)

20:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Hamrun Spartans” (Malta) (1:2)

20:00. “Panevejis” (Litva) – “Hapoel” (Beer-Şeva, İsrail) (0:1)

20:00. “Kauno” (Litva) – “Lex” (Polşa) (1:3)

20:00. “KuPS” (Finlandiya) – “Derri Siti” (İrlandiya) (1:2)

20:00. “Poqon” (Polşa) – “Linfild” (Şimali İrlandiya) (5:2)

20:00. “Sabah” (Azərbaycan) – RFS (Latviya) (2:0)

20:00. “Urartu” (Ermənistan) – “Farul” (Rumıniya) (2:3)

20:45. “Zalaegerseq” (Macarıstan) – “Osiyek” (Xorvatiya) (0:1)

21:00. “Dila” (Gürcüstan) – “Vorskla” (Ukrayna) (1:2)

21:00. “Levski” (Bolqarıstan) – “Şkupi” (Şimali Makedoniya) (2:0)

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) (2:2)

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) (3:2)

21:00. “Petrokub” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) (0:3)

21:00. “Riqa” (Latviya) – “Keçkemet” (Macarıstan) (1:2)

21:00. “Rusenborq” (Norveç) – “Kruzeyders” (Şimali İrlandiya) (2:2)

21:00. “Sepsi” (Rumıniya) – ÇSKA (Sofiya, Bolqarıstan) (2:0)

21:05. “Bohemians” (Çexiya) – “Bodo Qlimt” (Norveç) (0:3)

21:30. “Beytar” (İsrail) – PAOK (Yunanıstan) (0:0)

21:30. “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) (0:2)

22:00. “Orhus” (Danimarka) – “Brügge” (Belçika) (0:3)

22:00. “Adana Dəmirspor” (Türkiyə) – ÇFR (Rumıniya) (1:1)

22:00. “Drita” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya) (0:0)

22:00. “Hammarbü” (İsveç) – “Tvente” (Niderland) (0:1)

22:00. “Tirana” (Albaniya) – “Beşiktaş” (Türkiyə) (1:3)

22:00. “Voyvodina” (Serbiya) – APOEL (Nikosiya, Kipr) (1:2)

22:00. “Jilina” (Slovakiya) – “Gent” (Belçika) (1:5)

22:15. “Aris” (Saloniki, Yunanıstan) – “Ararat” (Ermənistan) (1:1)

22:15. “Hibernian” (Şotlandiya) – “İnter” (Andorra) (1:2)

22:15. “Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo) (1:0)

22:30. “Borats” (Bosniya və Herseqovina) – “Austriya” (Avstriya) (0:1)

22:30. “Styaua” (Rumıniya) – ÇSKA 1948 (Bolqarıstan) (1:0)

22:30. “Larne” (Şimali İrlandiya) – “Ballkani” (Kosovo) (0:3)

22:30. “Maribor” (Sloveniya) – “Differdanj” (Lüksemburq) (1:1)

22:45. “Dandolk” (İrlandiya) – “Akureyri” (İslandiya) (1:3)

22:45. “Haverforduest Kaunti” (Uels) – “B36 Torshavn” (Farer adaları) (1:2)

22:45. “Lütsern” (İsveçrə) – “Yurqorden” (İsveç) (2:1)

23:00. “Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) (1:0)

23:00. “Legiya” (Polşa) – “Ordabası” (Qazaxıstan) (2:2)

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş” (Macarıstan) (0:4)

23:00. “Vitoriya” (Portuqaliya) – “Çelye” (Sloveniya) (4:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: