Avropa Konfrans Liqasında 2023/2024 mövsümünə start verildi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirinin ilk oyun günündə cəmi iki qarşılaşma baş tutub.

“Düdelanj” doğma meydanda “Sent Patriks” üzərində qələbəyə sevinib. “B36 Torshavn” ilə “Payde” arasındakı görüşdə isə hesab açılmayıb.

Bu raundun qalan ilk oyunları sabah – iyulun 13-də baş tutacaq. Bu mərhələdə Azərbaycan futbolsevərlərini də yaxından maraqlandıran iki qarşılaşma olacaq. Bunlardan biri “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya), digəri isə “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) oyunudur. Çünki bu cütlərin qalibləri 2-ci təsnifat mərhələsində müvafiq olaraq “Neftçi” və “Sabah”la üz-üzə gələcəklər.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi

12 iyul

“Düdelanj” (Lüksemburq) – “Sent Patriks” (İrlandiya) 2:1

“B36 Torshavn” (Farer adaları) – “Payde” (Estoniya) 0:0

13 iyul

19:00. “Ararat” (Ermənistan) – “Eqnatiya” (Albaniya)
19:00. “İnter” (Andorra) – “Vikinqur” (Farer adaları)
19:00. “Pünik” (Ermənistan) – “Trans” (Estoniya)
19:00. “Tobol” (Qazaxıstan) – “Honka” (Finlandiya)
19:30. “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya)
19:30. “Jilina” (Slovakiya) – “Levadiya” (Estoniya)
20:00. “Panevejis” (Litva) – “Milsami” (Moldova)
20:00. “Haka” (Finlandiya) – “Kruzeyders” (Şimali İrlandiya)
20:00. “Meqpays” (Cəbəllütariq) – “Dandolk” (İrlandiya)
21:00. “Alaşkert” (Ermənistan) – “Arsenal” (Tivat, Monteneqro)
21:00. “Domjale” (Sloveniya) – “Baltsan” (Malta)
21:00. “Dukagini” (Kosovo) – “Europa” (Cəbəllütariq)
21:00. “Qzira Yunayted” (Malta) – “Qlentoran” (Şimali İrlandiya)
21:00. “Hegelmann” (Litva) – “Şkupi” (Şimali Makedoniya)
21:00. “Riqa” (Latviya) – “Vikinqur” (Reykyavik, İslandiya)
21:00. “Torpedo” (Kutaisi, Gürcüstan) – “Sarayevo” (Bosniya və Herseqovina)
21:30. “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan)
21:30. “Proqres” (Lüksemburq) – “Gilani” (Kosovo)
21:30. “Penibont” (Uels) – “Santa Koloma” (Andorra)
22:00. “HB Torshavn” (Farer adaları) – “Derri Siti” (İrlandiya)
22:00. “Akureyri” (İslandiya) – “Nomads” (Uels)
22:00. “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Haverforduest Kaunti” (Uels)
22:00. “Vaduts” (Lixtenşteyn) – Neman (Belarus)
22:30. “Sutyeska” (Monteneqro) – “Kosmos” (San Marino)
22:30. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus)
22:45. “La Fiorita” (San Marino) – “Zimbru” (Moldova)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Vlajniya” (Albaniya)
22:00. “Maribor” (Sloveniya) – “Birkirkara” (Malta)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: