Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Jil Visente” və “Volfsberger” bu gün yeni avrokubok mərhələsində ilk oyunlarına çıxıb. Hər iki komanda turnirə bu mərhələdən qatılıb və startda heç-heçə oynayıblar.
Danimarka “Viborq”u doğma meydanda Farer adaları təmsilçisini darmadağın edib. “Styaua” isə səfərdə Slovakiya təmsilçisinə minimal hesabla qalib gəlib.
Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin digər ilk oyunları avqustun 4-də keçiriləcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
Riqa (Latviya) – Jil Visente (Portuqaliya) 1:1
Viborq (Danimarka) – B36 Torshavn (Farer adaları) 3:0
Volfsberger (Avstriya) – Qzira Yunayted ((Malta) 0:0
Dunayska Streda (Slovakiya) – Styaua (Rumıniya) 0:1