Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib. Arena.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda bütövlükdə 44 komanda mübarizə aparacaq.
Bu turnirin 3-cü təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Avstriyanın “Rapid” (Vyana) komandası “Vaduts”la (Lixtenşteyn) qarşılaşacaq. Vyana təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
2-ci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdırmış “Makkabi” (Təl-Əviv, İsrail) də qrup mərhələsinə vəsiqə uğrunda “Nitsa” (Fransa) ilə yarışacaq. Eyni mərhələdə “Qəbələ”nin yolunu kəsmiş Macarıstan “Fehervar”ı isə Almaniya təmsilçisi “Köln”lə mübarizə aparacaq.
Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Başakşəhər” qrup mərhələsinə vəsiqə uğrunda Belçika “Antverpen”i ilə mübarizə aparacaq. İstanbul klubu ilk matçını evdə keçirməlidir.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Maribor (Sloveniya) – ÇFR Kluj (Rumıniya)
RFS (Latviya) – Linfild (Şimali İrlandiya)
Lex (Polşa) – Düdelanj (Lüksemburq)
Şkupi (Şimali Makedoniya) – Ballkani (Kosovo)
Zrinski (Bosniya və Herseqovina) – Slovan (Bratislava, Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – Bazel (İsveçrə)
Vaduts (Lixtenşteyn) – Rapid (Avstriya)
Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya)
APOEL (Kipr) – Yurqarden (İsveç)
Makkabi (Təl-Əviv, İsrail) – Nitsa (Fransa)
Universitatya (Krayova, Rumıniya) – Hapoel (Beer-Şeva, İsrail)
Başakşəhər (Türkiyə) – Antverpen (Belçika)
Styaua (Rumıniya) – Vikinq (Norveç)
Partizan (Serbiya) – Hamrun Spartans (Malta)
Fiorentina (İtaliya) – Tvente (Niderland)
Vilyarreal (İspaniya) – Hayduk (Xorvatiya)
Köln (Almaniya) – Fehervar (Macarıstan)
Vest Hem (İngiltərə) – Viborq (Danimarka)
Yanq Boyz (İsveçrə) – Anderlext (Belçika)
Slovaçko (Çexiya) – AİK (İsveç)
Molde (Norveç) – Volfsberger (Avstriya)
Alkmaar (Niderland) – Jil Visente (Portuqaliya)


