Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
İsveç “Yurqarden”i doğma meydanda Kipr APOEL-i ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 3 cavabsız qolla qalib ayrılıb.
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Kiprdə keçiriləcək.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin digər ilk oyunları isə avqustun 18-də, cavab görüşləri ayın 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 avqust
Yurqarden (İsveç) – APOEL (Kipr) 3:0
Qol: Edvardsen, 9. Ekdal, 54. Vikheym, 65.