Avropa Konfrans Liqasında pley-offun 24 cütü

Futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin bütün iştirakçıları və cütləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, Avropa Liqasının və Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarının yekunundan sonra dəqiqləşib.

Konfrans Liqasındakı mübarizəsini davam etdirən, tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparacaq Azərbaycan təmsilçisi “Zirə” bu mərhələdə Kipr “Omoniya”sı ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası ilk matçını səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri ayın 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Əsas yol

“Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
“Sankt Qallen” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)
“Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
“Hakken” (İsveç) – “Haydenhaym” (Almaniya)
“Kopenhagen” (Danimarka) – “Kilmarnok” (Şotlandiya)
“Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina)
“Brann” (Norveç) – “Astana” (Qazaxıstan)
“Legiya” (Polşa) – “Drita” (Kosovo)
“Riyeka” (Xorvatiya) – “Olimpiya” (Sloveniya)
“Fiorentina” (İtaliya) – “Puşkaş Akademiyası” (Macarıstan)
“Yurqorden” (İsveç) – “Maribor” (Sloveniya)
“Visla” (Polşa) – “Serkl Brügge” (Belçika)
“Mlada Boleslav” (Çexiya) – “Paks” (Macarıstan)
“Sent Patriks Atletik” (İrlandiya) – “Başakşəhər” (Türkiyə)
“Çelsi” (İngiltərə) – “Servett” (İsveçrə)
ÇFR (Rumıniya) – “Pafos” (Kipr)
“Partizan” (Serbiya) – “Gent” (Belçika)
“Krivbass” (Ukrayna) – “Betis” (İspaniya)
“Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya)

Çempionlar yolu

“Linkoln” (Cəbəllüttariq) – “Larne” (Şimali İrlandiya)
“Pünik” (Ermənistan) – “Çelye” (Sloveniya)
“Vikinqur” (İslandiya) – “Santa Koloma” (Andorra)
“Panevejis” (Litva) – TNS (Uels)
“Klaksvik” (Farer adaları) – HJK (Finlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: