Avropa Konfrans Liqasında qrup mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlardan biri baş tutmayıb.

Belə ki, İngiltərənin “Tottenhem” klubunda koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün Fransa “Renn” ilə matç ləğv olunub. Güman ki, UEFA buna görə London təmsilçisinə texniki məğlubiyyət verəcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” H qrupundakı son matçında İsveçrə “Bazel”inin qonağı olub. Ağdam klubu bu görüşdə məğlubiyyətə üzülüb və qrup ikinciliyi ilə kifayətlənib. Qrupun digər matçında “Omoniya” “Kayrat”ı qəbul edib. Kipr və Qazaxıstan təmsilçilərinin görüşündə qapılara qol vurulmayıb.

Turnirin əsas favoritlərindən sayılan “Roma” Bolqarıstanda ÇSKA ilə üz-üzə gəlib və qələbə sayəsində qrup mərhələsini ilk pillədə bitirib.

Beləliklə, qrup mərhələsi başa çatan Avropa Konfrans Liqasında son turun bütün nəticələri belədir:

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

Alaşkert (Ermənistan) – Makkabi (Təl-Əviv, İsrail) 1:1
Qol: Bolyeviç, 78 – Almoq, 90.

LASK (Avstriya) – HJK (Finlandiya) 3:0
Qol: Baliç, 41. Nakamura, 63. Qruber, 81.

Xal durumu: LASK – 16, Makkabi – 11, HJK – 6, Alaşkert – 1.

B qrupu

Gent (Belçika) – Flora (Estoniya) 1:0
Qol: Bruno, 51.

Partizan (Serbiya) – Anortosis (Kipr) 1:1
Qol: Milovanoviç, 20 – Kristodulopulos, 33-pen.

Xal durumu: Gent – 13, Partizan – 8, Anortosis – 6, Flora – 5.

C qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – Roma (İtaliya) 2:3
Qol: Çatakoviç, 75. Vildşut, 90+3 – Abraham, 15; 53. Mayoral, 34.

Zarya (Ukrayna) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Nazarina, 18 – Vernidub, 68-öz qapısına.

Xal durumu: Roma – 13, Bodo Qlimt – 12, Zarya – 7, ÇSKA – 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – Yablonets (Çexiya) 2:0
Qol: Debeljuh, 45; 82.

Alkmaar (Niderland) – Randers (Danimarka) 1:0
Qol: Ostinq, 87.

Xal durumu: Alkmaar – 14, Randers – 7, Yablonets – 6, ÇFR – 4.

E qrupu

Feyenoord (Niderland) – Makkabi (Hayfa, İsrail) 2:1
Qol: Dessers, 38. Nelson, 65 – David, 90+1.

Union Berlin (Almaniya) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Kruse, 64 – Şçrans, 50.

Xal durumu: Feyenoord – 14, Slaviya – 8, Union Berlin – 7, Makkabi – 4.

F qrupu

Kopenhagen (Danimarka) – Slovan (Slovakiya) 2:0
Qol: Vind, 30. Hoylund, 53.

PAOK (Yunanıstan) – Linkoln (Cəbəllütariq) 2:0
Qol: Jivkoviç, 17. Şvab, 55.

Xal durumu: Kopenhagen – 15, PAOK – 11, Slovan – 8, Linkoln – 0.

G qrupu

Tottenhem (İngiltərə) – Renn (Fransa) matçı baş tutmayıb

Vitess (Niderland) – Mura (Sloveniya) 3:1
Qol: Buytnik, 4. Openda, 35. Huysman, 40 – Marosa, 82.

Xal durumu: Renn – 11, Vitess – 10, Tottenhem – 7, Mura – 3.

H qrupu

Bazel (İsveçrə) – Qarabağ (Azərbaycan) 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.

Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 0:0

Xal durumu: Bazel – 14, Qarabağ – 11, Omoniya – 4, Kayrat – 2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: