Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:30-da start verilib.

32 komanda püşkatmadan öncə 4 səbətə bölünmüşdü. Yekunda iştirakçılar hərəsində 4 komandanın olduğu 8 qrup formalaşdırıblar.

Türkiyəni bu turnirdə təmsil edəcək “Başakşəhər” və “Sivasspor” komandalarının da rəqibləri müəyyənləşib.

Avropa Konfrans Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Avropa Konfrans Liqası

A qrupu
Başakşəhər (Türkiyə)
Fiorentina (İtaliya)
Harts (Şotlandiya)
RFS (Latviya)

B qrupu
Vest Hem (İngiltərə)
Styaua (Rumıniya)
Anderlext (Belçika)
Silkeborq (Danimarka)

C qrupu
Vilyarreal (İspaniya)
Hapoel (Beer Şeva, İsrail)
Austriya (Vyana, Avstriya)
Lex (Polşa)

D qrupu
Partizan (Serbiya)
Köln (Almaniya)
Nitsa (Fransa)
Slovaçko (Çexiya)

E qrupu
Alkmaar (Niderland)
Apollon (Kipr)
Vaduts (Lixtenşteyn)
Dnepr-1 (Ukrayna)

F qrupu
Gent (Belçika)
Molde (Norveç)
Şemrok Rovers (İrlandiya)
Yurqarden (İsveç)

G qrupu
Slaviya (Praqa, Çexiya)
ÇFR Kluj (Rumıniya)
Sivasspor (Türkiyə)
Ballkani (Kosovo)

H qrupu
Bazel (İsveçrə)
Slovan (Bratislava, Slovakiya)
Jalgiris (Litva)
Pünik (Ermənistan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: