Avropa kubokunda uğursuz gün: 4 boksçumuz finala çıxa bilmədi

Monteneqronun Budva şəhərində təşkil olunmuş boks üzrə Avropa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin 1 üzvü finala yüksəlib.

Belə ki, 63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınacaq. Boksçumuz çempionluq üçün Qabil Məmmədovla (Rusiya) mübarizə aparacaq.

Digər boksçularımızdan Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından boksçularımızın 4-ü də Avropa kubokunu bürünc medalla başa vurub.

Xatırladaq ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokuna bu gün – oktyabrın 14-də keçiriləcək final oyunları ilə yekun vurulacaq. Azərbaycan yığması bu turnirə bütövlükdə 10 boksçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: