Avropa Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhəsinin ilk qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda başlayacaq.

1/8 finalda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer” doğma meydanda İngiltərə təmsilçisi “Vest Hem”lə üz-üzə gələcək.

“Liverpul” (İngiltərə) “Atalanta”nı (İtaliya), “Benfika” (Portuqaliya) isə Marsel “Olimpik”ini (Fransa) qəbul edəcək.

Bu mərhələ İtaliya dueli ilə əlamətdar olacaq. Belə ki, “Milan” yarımfinala vəsiqə uğrunda “Roma” ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də baş tutacaq. Yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları
11 aprel

23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00. “Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: