Avropa Liqasında 1/4 finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edəcək.

Azərbaycan çempionu “Qarabağ” da bu gün tarixi sınağına çıxacaq. Ağdam təmsilçisi səfərdə Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək. Bu komandalar arasında bir həftə öncə Bakıda keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də keçiriləcək.

Avropa Liqası
1/8 finalın cavab oyunları
14 mart

21:45. Reyncers (Şotlandiya) – Benfika (Portuqaliya) (ilk oyun 2:2)

21:45. Slaviya (Praqa, Çexiya) – Milan (İtaliya) (2:4)

21:45. Vilyarreal (İspaniya) – Olimpik (Marsel, Fransa) (0:4)

21:45. Vest Hem (İngiltərə) – Frayburq (Almaniya) (0:1)

00:00. Atalanta (İtaliya) – Sportinq (Portuqaliya) (1:1)

00:00. Brayton (İngiltərə) – Roma (İtaliya) (0:4)

00:00. Bayer (Almaniya) – Qarabağ (Azərbaycan) (2:2)

00:00. Liverpul (İngiltərə) – Sparta (Praqa, Çexiya) (5:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: