Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Avroliqanın 2025-ci ildəki ilk oyununda Türkiyə çempionu “Qalatasaray” Kiyev “Dinamo”sunu (Ukrayna) qəbul edəcək. İstanbuldakı “Əli Sami Yen Spor Kompleksi”ndə keçiriləcək oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunun “Beşiktaş” – “Atletik” matçı sabah, qalan görüşləri isə yanvarın 23-də keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar
19:30. “Qalatasaray” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna)