Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Panevejis” Litvada Təl-Əviv “Makkabi”sini (İsrail), “Petrokub” da Moldovada TNS-i (Uels) qəbul edəcək.
Qalan oyunlar isə avqustun 8-də keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri ayın 15-də baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust
20:30. “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail)
21:00. “Petrokub” (Moldova) – TNS (Uels)
8 avqust
21:00. “Klaksvik” (Farer adaları) – “Borats” (Bosniya və Herseqovina)
21:00. “Molde” (Norveç) – “Serkl Brügge” (Belçika)
21:00. “Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya)
22:00. “Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya)
22:00. “Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Niderland)
22:00. “Partizan” (Serbiya) – “Luqano” (İsveçrə)
22:00. “Riyeka” (Xorvatiya) – “Elfsborq” (İsveç)
22:00. “Santa Koloma” (Andorra) – RFS (Latviya)
22:15. “Çelye” (Sloveniya) – “Şemrok Rovers” (İrlandiya)
22:45. “Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq)
23:30. “Braqa” (Portuqaliya) – “Servett” (İsveçrə)