Avropa Liqasında 3-cü raundun 13 cütü

Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasında və Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarından sonra dəqiqləşib.

Məsələ burasındadır ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan komandalar da mübarizəni Avroliqanın 3-cü raundunda davam etdirmək hüququ qazanırlar. Azərbaycan çempionu “Qarabağ”ın məğlub etdiyi “Linkoln” (Cəbəllüttariq) da Avroliqadakı rəqibini tanıyıb. Sözügedən komanda bu turnirdə pley-offa vəsiqə qazanmaq üçün “Dinamo” (Minsk, Belarus) ilə üz-üzə gələcək.

Türkiyə təmsilçisi “Trabzonspor” 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasına rəqib olub. Super Liqa təmsilçisi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanı bu mövsüm Avropa Liqasında “Zirə” təmsil edirdi. Amma komandamız ilk təsnifat mərhələsində qarşılaşdığı “Şerif”i səfərdə məğlub etməsinə rəğmən, doğma meydanda uduzaraq Avroliqanı tərk etmək məcburiyyətində qalmıışdı.

Avropa Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Klaksvik” (Farer adaları) – “Borats” (Bosniya və Herseqovina)

“Santa Koloma” (Andorra) – RFS (Latviya)

“Çelye” (Sloveniya) – “Şemrok Rovers” (İrlandiya)

“Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail)

“Petrokub” (Moldova) – TNS (Uels)

“Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq)

Əsas yol

“Partizan” (Serbiya) – “Luqano” (İsveçrə)

“Molde” (Norveç) – “Serkl Brügge” (Belçika)

“Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Niderland)

“Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya)

“Braqa” (Portuqaliya) – “Servett” (İsveçrə)

“Riyeka” (Xorvatiya) – “Elfsborq” (İsveç)

“Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: