Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Zirə” Bakıda Moldova “Şerif”ini qəbul edib və penalti seriyasında uduzaraq mübarizəni dayandırıb. Rəşad Sadıqovun yetirmələrinin mümkün rəqiblərinin mübarizəsində “Elfsborq” “Pafos”dan güclü olub. İsveçlilər iki oyunun nəticəsinə görə 8:2 hesabı ilə qalib gəliblər. Amma “Elfsborq” növbəti mərhələdə “Zirə”yə yox, “Şerif”ə rəqib olub. Azərbaycan təmsilçisi isə mübarizəni Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcək. Rəqib Slovakiya təmsilçisi “Dunayska Streda” olacaq.
“Elfsborq” və “Şerif”lə yanaşı, “Visla”, “Rujomberok”, “Hunedoara” və “Botev” də Avroliqanın 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bu mərhələnin məğlubları isə “Zirə” kimi, Konfrans Liqasına yuvarlanıblar.
Xatırladaq ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab görüşləri avqustun 1-də keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
18 iyul
“Lapi” (Kosovo) – “Visla” (Polşa) 1:2
İlk oyun – 0:2
“Tobol” (Qazaxıstan) – “Rujomberok” (Slovakiya) 1:0
İlk oyun – 2:5
“Zirə” (Azərbaycan) – “Şerif” (Moldova) 1:2 (penaltilər 4:5)
İlk oyun – 1:0
“Pafos” (Kipr) – “Elfsborq” (İsveç) 2:5
İlk oyun – 0:3
“Hunedoara” (Rumıniya) – “Paks” (Macarıstan) 0:2
İlk oyun – 4:0
“Maribor” (Sloveniya) – “Botev” (Bolqarıstan) 2:2
İlk oyun – 1:2


