Avropa Liqasında pley-offa son 11 vəsiqənin sahibi müəyyənləşir

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 11 qarşılaşma baş tutacaq.

Türkiyənin “Trabzonspor” komandası da Avroliqada növbəti sınağına çıxacaq. Vyana “Rapid”i ilə doğma meydanda baş tutmuş ilk oyunda məğlubiyyətlə üzləşmiş trabzonlular çətin vəzifənin öhdəsindən Avstriyada gəlməyə çalışacaqlar.

Xatırladaq ki, daha öncə Moldovanın “Petrokub” və Latviyanın RFS komandaları Avropa Liqasında pley-offa vəsiqə qazanıblar.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust

TNS (Uels) – “Petrokub” (Moldova) 0:0 (ilk oyun 0:1)

14 avqust

RFS (Latviya) – “Santa Koloma” (Andorra) 7:0 (2:0)

15 avqust

20:00. “Linkoln” (Cəbəllüttariq) – “Dinamo” (Minsk, Belarus) (0:2)
20:00. “Rapid” (Vyana, Avstriya) – “Trabzonspor” (Türkiyə) (1:0)
21:00. “Elfsborq” (İsveç) – “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Krivbass” (Ukrayna) (2:1)
22:00. “Serkl Brügge” (Belçika) – “Molde” (Norveç) (0:3)
22:15. “Ayaks” (Niderland) – “Panatinaikos” (Yunanıstan) (0:1)
22:30. “Luqano” (İsveçrə) – “Partizan” (Serbiya) (1:0)
22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Panevejis” (Litva) (2:1)
22:30. “Servett” (İsveçrə) – “Braqa” (Portuqaliya) (0:0)
23:00. “Borats” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) (1:2)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Çelye” (Sloveniya) (0:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: