Azər Bağırov: “Heyət 70-80 faiz dəyişdiyi üçün çətinlik yaşadıq”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi bu gün Tovuz şəhər stadionunda qarşılaşdığı Birinci Liqa klubuna 1:0 hesabıyla qalib gəlib.

Azər Bağırov oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü “Zirə” ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: