Azər Bağırov “Kəpəz”də – Rəsmi

Bu ilin əvvəlində “Araz-Naxçıvan”dan ayrılandan bəri işsiz olan Azər Bağırov “Kəpəz”in baş məşqçisi təyin olunub.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, komanda Azər Bağırova tapşırılıb. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Azər Bağırov sonuncu iş yeri olan “Araz-Naxçıvan”ı bu ilin aprel ayında öz istəyi ilə tərk etmişdi. O, Naxçıvan təmsilçisinə Birinci Divizionda oynadığı zamandan rəhbərlik edirdi. “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında Birinci Divizionun çempionu olmuş və Premyer Liqaya vəsiqə qazanmışdı.

“Araz-Naxçıvan” Azər Bağırovun rəhbərliyi altında 34 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 9 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Onu da qeyd edək ki, Bağırov “Kəpəz”də bir neçə gün öncə istefa vermiş Adil Şükürovu əvəz edib. Hansı ki, komanda onun rəhbərliyi altında yeni mövsümə çox uğursuz başlamışdı. Son olaraq ötən gün müvəqqəti baş məşqçi Xaliq Mərdanovun rəhbərliyi altında “Sabah”a uduzan (2:3) “Kəpəz” hələ də xala və qələbəyə həsrətdir. 5 turdan sonra xalsız olan komanda 10 iştirakçı arasında sonuncu pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: