Azərbaycan – Belçika matçının biletləri satışa çıxarıldı

Futbol üzrə AÇ-2024-ün seçmə məhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Belçika matçının biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qiymətlər müvafiq olaraq 5, 10 və 50 manat təşkil edir.

Biletləri aşağıdakı ünvanlardan əldə etmək olar:

  1. ASAN 2 – 8 noyabr prospekti 23, AMAY TM 2-ci mərtəbə
  2. ASAN 3 – Abbas Mirzə Şərifzadə 157
  3. ASAN 4 – Bakıxanov qəs., Sülh küç. 197
  4. ASAN Sumqayıt – Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d
  5. 28 Mall – 28 May küçəsi, 2-ci mərtəbə
  6. Gənclik Mall – Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə
  7. Köşk 1 – Sahil m. M.Rəsulzadə 3
  8. Köşk 2 – Bülbül prospekti, Nizami küç.
  9. Heydər Əliyev Sarayının kassası – Bülbül pr.35

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçına saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: