Azərbaycan Birinci Divizionunda 2022/23 mövsümünə start verildi

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

MOİK “Zaqatala” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Turan Tovuz”la “Şamaxı”nın əvəzedicilərinin görüşündə də meydan sahibləri minimal hesabla üstün olublar.

“Zirə” və “Kəpəz”in əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib.

“Araz Naxçıvan” isə “Qarabağ”ın əvəzediciləri ilə oyununda darmadağına sevinib.

Azərbaycan Birinci Divizionunda ilk turun qalan görüşləri sabah – avqustun 25-də keçiriləcək.

Birinci Divizion
1-ci tur
24 avqust

Turan Tovuz-2 – Şamaxı-2 1:0
Qol: Akif Tağıyev, 16.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymur, Əkbər Əhmədov
Tovuz şəhər stadionu, 16:30

MOİK – Zaqatala 2:0
Qol: Samir Alıyev, 45+1. Tural Nəsirov, 90+1-pen.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, İrşad Aydınov
Binə qəsəbə stadionu, 16:30

Araz Naxçıvan – Qarabağ-2 5:1
Qol: Ege Atlam Adnan, 23. Fərid Kərimzadə, 40. Tuqay Əlizadə, 45+3. De Saboa İv Lüsyen, 72; 85 – Mirmövsüm Canıyev, 54.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Naxçıvan Muxtar Respublika stadionu, 17:00

Zirə-2 – Kəpəz-2 2:2
Qol: Tahir Zeynalov, 19. Xəqani Sadıxov, 37 – Nemət Musayev, 23. Nihat Fərəci, 62.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“ASK Arena”, 19:30

25 avqust

Mingəçevir – Neftçi-2
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, Şamil İmanzadə
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Səbail-2
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Qəbələ-2 – İmişli
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: