Azərbaycan Birinci Divizionunda qonaqların günü

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Bu gün keçirilən oyunların hamısında qonaqlar qalib gəliblər. “Turan Tovuz” doğma meydanda “Zaqatala”ya uduzub. “Qarabağ”ın əvəzediciləri səfərdə “Sumqayıt”ın ikinci komandası üzərində qələbəyə sevinib. “Neftçi”nin əvəzediciləri isə evdə “Qəbələ”nin ikinci komandasına 3 cavabsız qolla uduzub.

Birinci Divizion
15-ci tur
22 fevral

Səbail-2 – MOİK 2:1
Qol: Aydın Ağazadə, 21. Elvin Sərkarov, 90+2 – İsa Zeynallı, 66.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 14:00.

Kəpəz – Qaradağ Lökbatan 1:0
Qol: Emil Qasımov, 83.
Hakimlər: Cavid Cəlilov, Rəhman İmami, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 14:00.

Sabah-2 – Keşlə-2 1:1
Qol: Mixeil Erqemlidze, 65 – Amil Yunanov, 26.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:30.

23 fevral

Turan Tovuz – Zaqatala 0:1
Qol: Elşad Əliyev, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Asiman Əzizli, Elvin Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

Sumqayıt-2 – Qarabağ-2 1:2
Qol: İbrahim Əliyev, 71 – Əli Nəcəfli, 23. Seyxan Fərəcov, 46.
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.

Neftçi-2 – Qəbələ-2 0:3
Qol: Ramin Doobi, 15. Mehrac Baxşalı, 23-pen; 90+5.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Müslüm Əliyev, Tural Qurbanov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi”nin məşq bazası (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: