Futbol üzrə Azərbaycan çempionatlarında (Birinci, İkinci və Region Liqası) 2023/2023 mövsümünün pley-off oyunlarının vaxtı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir verir ki, ilk oyunlar mayın 28-29-na təsadüf edəcək. Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq.
Qeyd edək ki, 2024/2025 mövsümündə Birinci Liqaya vəsiqə uğrunda cari mövsüm Birinci Liqada 9-cu yeri tutmuş klubla İkinci Liqada 2-ci olmuş komanda qarşılaşacaqlar. Həmçinin İkinci Liqada çıxış etmək üçün cari mövsüm İkinci Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər.
Bu oyunlarla əlaqədar mayın 25-də saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək. Həmin gün pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.
Birinci Liqa və İkinci Liqa
İlk oyun: 28 may
Cavab oyunu: 4 iyun
İkinci Liqa və Region Riqası
İlk oyun: 29 may
Cavab oyunu: 5 iyun


