Azərbaycan millisi Avropa çempionatının hazırlığına başladı

22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Arena.az xəbər verir ki, əsas yığmamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə məşq edən komandamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Bir gün öncə başlayan toplanış iki həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: