Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək.
Siyasət Əsgərovun rəhbərlik etdiyi yığmamız qrupdakı son oyunda uğur qazanmağa borcludur. Belə ki, birinci yer uğrunda mübarizə aparan Azərbaycan millisi B Liqasına vəsiqə üçün qalib gəlməyə və mümkün qədər çox qol vurmağa çalışacaq.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Oyuna saat 18:00-da start veriləcək.
Qeyd edək ki, qrupun sonuncu oyunu iyunun 3-də keçiriləcək. Həmin gün Litva yığması Monteneqronu qəbul edəcək.
UEFA Millətlər Liqası
C Liqası, 4-cü tur
30 may
18:00. Azərbaycan – Litva
Baş hakim: Sapir Gaya Berman, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (Hamısı İsrail).
Bayıl stadionu. Saat 18:00.
Xallar: Monteneqro – 5. Azərbaycan – 5. Litva – 0.


