19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Vüqar Əsgərlinin çalışdırdığı millimiz Norveç yığması ilə qarşılaşıb.
İtaliyada keçirilən qarşılaşma yığmamız üçün uğursuz alınıb. Komandamız bu görüşdə 7 cavabsız qola üzülüb.
Millimizin yer aldığı 7-ci qrupda bu gün Polşa – İtaliya görüşü də baş tutub. İtaliya yığması bu görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.
Azərbaycan millisi növbəti matçını oktyabrın 23-də meydan sahibi İtaliyaya qarşı keçirəcək. Polşa ilə qarşılaşma isə ayın 26-na təsadüf edəcək.
AÇ-2022-nin seçmə mərhələsi
7-ci qrup
20 oktyabr
Norveç – Azərbaycan 7:0
Qol: S.A.Bronstad, 1; 26-pen. K.Tandberq, 35. K.Svandal, 74; 80. J.A.Yorde, 78. İ.Omarsdottir, 83-pen.
Baş hakim: Luiza Tompson (Şimali İrlandiya)
İtaliya. Padova. 14:00.
Norveç: 1. Selma Panenqstuen (k), 2. Tea Sorbo (13. Emma Braut Brunes, 61), 3. Helle Olsen Rindal, 5. Selma Lovas, 6. İngeborq Lye Skrettinq (14. İrene Dirdal, 83), 8. Julie Aune Yorde, 15. İna Birkelund, 16. Oda Matilde Yohansen (7. Stine Nybo Brekken, 46), 18. Kasandra Luthcke, 19. Sinne Amdal Bronstad (17. Kristina Svandal, 73), 20. Katinka Tandberq (9. İris Omarsdottir, 61).
Ehtiyat oyunçular: 12. Benedikte Lund Berge, 4. Tora Ose, 10. Linnea Solvoll Laupstad, 11. Tea Kyvag.
Baş məşqçi: Hege Riise.
Azərbaycan: 12. Güleryüz Göknur, 4. Cəfərova Fidan, 3. Rəhimova Milana, 13. Nəhmədova Alina (k), 7. Muradova Aysun
(18. Hancerli Ceren Nur, 75 / 10. Məmmədova Nahidə, 87), 19. Əhmədli Fatimə (2. Bozkurt Tuğba Nur, 63), 5. Bir İrem, 9. Əlizadə Lamiyə, 11. Senses Fatma Nur, 15. Kocabey Buse Nur, 17. Səfərəliyeva Pərvin.
Ehtiyat oyunçular: 1. Feyzullayeva Aytac, 6. Aşırova Samirə, 8. Tarverdizadə Nurçin, 14. Ağayeva Leyla, 16. Zamanlı Züleyxa, 20. Abdullayeva Türkan.
Baş məşqçi: Vüqar Əsgərli.


