Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında baş tutan oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Komandamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun bu gün keçiriləcək.
Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığması ilə bütövlükdə 4 yoldaşlıq oyunu keçirəcək. Digər oyunlar 28 və 29 iyulda təşkil olunacaq. Bütün oyunlar 18:00-da başlayacaq.
Azərbaycan millisinin baş məşqçi Zeynal Zeynalov bu toplanışa aşağıdakı oyunçuları cəlb edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov


