Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanan növbəti FIFA reytinqində əvvəlki mövqeyini qoruyub. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu milli komandaların yeni dünya reytinqini açıqlayıb.
Azərbaycan millisi əvvəlki reytinq siyahısında olduğu kimi, 121-ci pillədə qərarlaşıb. Canni De Byazinin rəhbərlik etdiyi komandamızın hesabında yenə 1143,22 reytinq balı var.
Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişməz qalıb:
5. Belçika – 1788,55
23. İsveç – 1547,11
29. Avstriya – 1528,06
111. Estoniya – 1179,3
Reytinq siyahısına Argentina yığması başçılıq edir – 1843,73. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olmuş bu komanda ikinci pillədəki Fransa yığmasını cüzi üstələyir. Braziliya seçməsi isə üçüncüdür.
Türkiyə millisi də 41-ci pillədəki mövqeyini qoruyub. Qonşu ölkənin milli komandasının hesabında 1484.47 xal var.
1. Argentina – 1843,73
2. Fransa – 1843,54
3. Braziliya – 1828,27
4. İngiltərə – 1797,39
5. Belçika – 1788,55
6. Xorvatiya – 1742,55
7. Niderland – 1731,23
8. İtaliya – 1726,58
9. Portuqaliya – 1718,25
10. İspaniya – 1703,45
11. ABŞ – 1674,48
12. Meksika – 1665,59
13. İsveçrə – 1661,12
14. Mərakeş – 1655,5
15. Almaniya – 1636,32
16. Uruqvay – 1633,13
17. Kolumbiya – 1624,91
18. Seneqal – 1612,61
19. Danimarka – 1597,37
20. Yaponiya – 1595,96
21. Peru – 1561,2
22. İran – 1556,59
23. İsveç – 1547,11
24. Ukrayna – 1541,25
25. Serbiya – 1539,03
26. Polşa – 1536,99
27. Avstraliya – 1530,45
28. Cənubi Koreya – 1529,3
29. Avstriya – 1528,06
30. Şotlandiya – 1520,24


