Azərbaycan millisi yunanlara 3 cavabsız qolla uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) UEFA İnkişaf turnirində bu gün sonuncu oyununu keçirib. Arena.az xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv üçüncü oyununda Yunanıstan yığması ilə qarşılaşıb.

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş turnirin sonuncu oyunu da millimiz üçün uğursuz alınıb. Belə ki, komandamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, Azərbaycan millisi UEFA İnkişaf turnirindəki ilk oyununda Ukrayna seçməsinə 0:4 hesabıyla uduzmuşdu. İkinci oyunda isə komandamız Rumıniya yığması ilə görüşdə oxşar hesabla (0:4) məğlub olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: