Azərbaycan Premyer Liqasında 2-ci tura start verilir – Bu gün

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında debütant “Araz-Naxçıvan” ilə “Qəbələ” komandaları üz-üzə gələcək. Bu komandaların görüşünü Fərid Hacıyev idarə edəcək. İlk turda məğlub olmuş sözügedən klublar indiyə qədər elitada üz-üzə gəlməyiblər.

İlk oyun gününün digər qarşılaşmasında “Zirə” “Kəpəz”lə qarşılaşacaq. Bu komandaları Kamal Umudlu meydana çıxaracaq. Zirə və Gəncə təmsilçiləri ölkə çempionatında 17-ci dəfə üz-üzə gələcəklər. İndiyə qədər keçirilmiş 16 oyunda “Zirə” 6, “Kəpəz” 3 qələbə qazanıb, qalan 7 görüş heç-heçə bitib. Son üç oyun heç-heçə başa çatıb. Ardıcıl 5 matçda hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Dalğa Arena”, 18:30.

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 21:00.

13 avqust

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”, 18:30.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 21:00.

14 avqust

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: