Azərbaycan Premyer Liqasında mövsümə Tovuzda start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni – 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası ilk turun qarşılaşmalarının keçirilmə gününü və başlama saatını açıqlayıb.

Yeni mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Peşəkar Futbol Liqasından verilən digər məlumata görə, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust

17:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu.

5 avqust

18:30. “Səbail” – “Sumqayıt”
Bakı. “ASCO Arena”.

21:00. “Qarabağ” – “Zirə”
Bakı. “Azersun Arena”.

6 avqust

17:00. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu.

20:00. “Sabah” – “Qəbələ”
Masazır. “Bank Respublika Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: