Bu gün keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, çempionatın açılış oyunu Bakıda baş tutub.
Premyer Liqanın yeni iştirakçısı, ötən mövsüm Birinci Divizionun qalibi olaraq elitaya vəsiqə qazanmış “Araz-Naxçıvan” “Turan Tovuz”u “Dalğa Arena”da “qəbul edib”. Əslində, bu görüş Tovuzda baş tutmalı idi. Ancaq qərb təmsilçisi stadiondakı yenidənqurma işlərini başa çatdırmadığı üçün tərəflər ilk görüşün yerini dəyişərək Mərdəkanda oynamağa qərar veriblər. Elə “Araz-Naxçıvan” da rəqiblərini hələ Naxçıvanda yox, Bakıda qəbul etmək məcburiyyətindədir.
Bu komandalar indiyə qədər Premyer Liqada bir-birinə rəqib olmamışdılar. Tərəflərin və mövsümün ilk oyununda Tovuz təmsilçisi darmadağına sevinib. Tovuz təmsilçisinin və mövsümün ilk qoluna imza atan Martin Petkov həm də dubl müəllifi olub. Bolqarıstanlı hücumçu digər qolda da məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ilk turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları sabah keçiriləcək. “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə avqustun 6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev.
Bakı. “Dalğa Arena”.
Araz-Naxçıvan: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruz Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.


