Azərbaycanın U-19 millisi Dubayda məğlubiyyətə üzüldü

Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi martın 8-dən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındadır. Arena.az xəbər verir ki, komandamız bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Həbib Ağayevin baş məşqçi olduğu yığmamız Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Azərbaycan millisi bu dəfə meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, bu komandalar arasında martın 11-də baş tutan ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Yığmamız martın 14-nə qədər Dubayda hazırlıq keçəcək. Buna qədər milli komanda martın 5-dən 7-nə qədər də Bakıda təlim-məşq toplanışında olmuşdu.

Azərbaycanın U-19 millisi Birləşmiş Ərəb Əmirliklərinə bu heyətlə yollanıb:

  1. Aytac Feyzullayeva – Şırnak Belediye Spor (Türkiyə)
  2. Nailə Aliyeva – Neftçi PFK
  3. Milana Rəhimova – Şırnak Belediye Spor (Türkiyə)
  4. Fidan Cəfərova – Nuxa
  5. Aytac Mirzəyeva – Neftçi PFK
  6. Fatiməyi Zəhra Hüseynli – Sumqayıt FK
  7. Samirə Aşırova – Xırdalan Siti
  8. Müjgan Seyidova – Neftçi PFK
  9. Fatimə Əhmədli – Şırnak Belediye Spor (Türkiyə)
  10. Nur Gencay Şeyma – Yukatel Kayseri (Türkiyə)
  11. Buse Nur Kocabey – Antalyaspor (Türkiyə)
  12. Tugba Nur Bozkurt – Beykent SK (Türkiyə)
  13. Eda Nur Mutlu – Qazikentspor (Türkiyə)
  14. Nahidə Məmmədova – Nuxa
  15. Nurçin Tarverdizadə – Xırdalan Siti
  16. Türkan Abdullayeva – Xırdalan Siti
  17. Əsmayə Hacıyeva – Xırdalan Siti
  18. Lalə Həsənova – Xırdalan Siti
Xəbəri sosial şəbəkələrdə paylaş: