Azərbaycanlı futbolçu “Fənərbaxça”nın “radar”ında! – Özəl

Azərbaycanlı futbolçu, “Neftçi”nin yetirməsi olan müdafiəçi Ceyhun Bağırov Türkiyənin “Fənərbaxça” klubunun maraq dairəsindədir.

Arena.az saytının məlumatına görə, İstanbul təmsilçisi gənc futbolçunu heyətinə qatmaq istəyir.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Danışıqlar uğurla yekunlaşacağı halda azərbaycanlı futbolçu Türkiyə nəhəngi ilə müqavilə bağlayacaq.

Xatırladaq ki, Ceyhun Bağırov “Neftçi”nin yetirməsidir. Azərbaycanın U-19 yığmasına da dəvət almış futbolçu hazırda “Qəbələ”də forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: