“Barselona” 8 ilə 1,4 milyard avroluq kredit borcunu ödəməlidir

Hazırda maliyyə imkanı aşağı olan Kataloniya nəhəngi “Barselona” növbəti 8 il ərzində 1,4 milyard avro məbləğində kredit borcunu ödəməlidir.

Arena.az bu barədə “Ara” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlunatına görə, Kataloniya klubu 4 il ərzində bu məbləğin təxminən yarısını ödəməlidir. Təhlilçilər hesab edirlər ki, qeyd edilmiş tarixə qədər İspaniya nəhəngi tələb edilən məbləğə sahib olmayacaq. Bu səbəbdən klub borcu yenidən maliyyələşdirməli olacaq.

Eyni zamanda, mütəxəssislər klubun hazırkı maliyyə vəziyyətinin ötən ildəkindən nisbətən daha sabit olduğunu bildirirlər.

Hazırda “Barselona” İspaniya La Liqasının 37 oyunundan 82 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və gümüş medalını təmin edib. “Blauqrana” sonuncu, 38-ci turda “Sevilya”nın qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: