“Barselona” ÇL oyunları üçün yeni stadion axtarışındadır

“Barselona” Çempionlar Liqasının birinci mərhələsindən sonra yarışın oyunlarını Olimpiya stadionunda keçirə bilməyəcək.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Bunun səbəbi şəhər şurasının stadionla bağlı öhdəliyidir. Hazırda klub digər seçimlərin axtarışındadır.

Vurğulanır ki, UEFA birinci mərhələdə olduğu kimi, “Barselona”nı, yarışın sonuna qədər qalan bütün ələmə oyunlarını bir stadionda keçirmək tələbi qarşısında qoyur. Bu səbəbdən klub yaxın günlərdə seçim etməli olacaq.

Əgər “Barselona” Çempionlar Liqasının birinci mərhələsini ilk səkkizlikdə bitirə bilməsə və ikinci mərhələyə vəsiqə qazanmaq üçün ələmə oyunlarında oynamaq məcburiyyətində qalacaqsa, klub yanvarın 31-də keçiriləcək püşkatmaya qədər öz stadionu ilə bağlı qərar verməlidir. Amma Kataloniya klubu gələn ilin fevral ayının 11-də və 18-də baş tutacaq oyunalara qədər “Kamp Nou”ya qayıda bilməyəcək, belə ki, “baluqrana”nın əfsanəvi stadionu bu müddətə qədər hazır olmayacaq.

Xatırladaq ki, “Kamp Nou” 2023-cü ilin yayında yenidənqurma üçün bağlanıb. Yenidənqurma işlərinin ancaq 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. Hazırda “blauqrana” ev oyunlarını “Kamp Nou” ilə eyni hissədə, şəhərin Monjuik təpəsində yerləşən Olimpiya stadionunda keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: