“Barselona” hər vəchlə Xavini klubda saxlamağa çalışır

“Barselona”nın vitse-prezidenti Rafa Yuste “blauqrana”nın baş məşqçisi Xavinin klubdakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, Yustenin bu barədə fikirlərini təqdim edir:

“Ümid edirəm və arzu edirəm ki, o, burada qalsın. Onunla uzunmüddətli layihəni müzakirə edirik və bir-iki mövsümdən danışmırıq. Biz Xavini klubda qalmağa inandırmağa çalışacağıq, amma indi hər şey ondan asılıdır”, deyə Yuste vurğulayıb.

Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlamışdı. Bundan sonra jurnalistlərin suallarını cavablamış ispaniyalı mütəxəssis komandadan ayrılmaq niyyətinin dəyişmədiyini dəfələrlə təsdiqləyib.

“Barselona”nın prezidenti Joan Laporta başda olmaqla, Kataloniya klubunun bütün düşərgəsi Xavinin komandanı çalışdırmağa davam etməsini istəyirlər. Ancaq mütəxəssis verdiyi qərarda ötkəmdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: