“Barselona” – İlin ən çox “quru” hesabla qələbə qazanan komandası

“Barselona” 2023 təqvim ilini Avropanın ən güclü 5 liqasındakı komandalar arasında “quru” hesabla oyunların sayına görə lider başa vurub.

Arena.az bu barədə “Squawka” dərgisinə istinadən məlumat verir.

Kataloniyalılar 22 dəfə qapılarını toxunulmaz saxlayıblar.

Müvafiq göstəricidə 2-ci nəticəni İtaliya nəhəngi “İnter” əldə edib, “neradzurri” 21 oyundan “quru” çıxıb. İlk üçlüyü isə “Yuventus” tamamlayır, rəqibləri 20 oyunda “qoca sinyora”nı “islada” bilməyiblər.

Avropanın böyük futbol beşliyi ölkələrinin milli çempionatlarında “quru” oyunların sayına görə ən yaxşı nəticəyə imza atmış komandalarını siyahısını təqdim edirik:

  1. “Barselona” – 22 oyun;
  2. “İnter” – 21 oyun;
  3. “Yuventus” – 20 oyun;
  4. “Nitsa” – 19 oyun;
  5. “Real” – 19 oyun;
  6. “Latsio” – 18 oyun;
  7. “Liverpul” – 17 oyun;
  8. “Real Sosyedad” – 17 oyun;
  9. “Napoli” – 17 oyun;
  10. “Mançester Yunayted” – 16 oyun;
  11. “Torino” – 16 oyun.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: