“Barselona” texniki sponsoru “Nike” ilə yeni müqaviləyə əsasən, ildə təxminən 140 milyon avro məbləğində qazanc əldə edəcək.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yaxın günlərdə tərəflər 10 il müddətinə qüvvədə olacaq yeni sponsorluq müqaviləsi üzrə sövdələşməni rəsmiləşdirməlidirlər. Ümumi müddəalar artıq razılaşdırılıb, qalan təfərrüatın bütün xüsusları dəqiqləşdirmək və klubun alacağı ödənişləri bölüşdürmək olduğu bildirilir. Müqavilə üzrə bütün danışıqların başa çatdırılması üçün son tarix oktyabr ayına təyin edilib.
Yeni müqaviləyə əsasən, “Nike” “Barselona”ya hər mövsüm orta hesabla 140 milyon avro məbləğ ödəyəcək. Ancaq imza üstəliyi şəklində birbaşa olaraq nə qədər ödəniləcəyi ilə bağlı məlumat isə hələ açıqlanmayıb. Təxminən, klubun dərhal hər mövsüm üçün 150 milyon avro məbləğ, daha sonra isə 125 milyon avro məbləğində üstəlik ala biləcəyi güman edilir.
Vurğulanır ki, “Nike” ilə əməkdaşlıq “Barselona”nı klubun son illər düşdüyü çətin maliyyə böhranından tədricən rifaha doğru aparmağa əsas hərəkətverici qüvvə olacaq.


