“Barselona” “Nike” ilə yeni 10 illik müqavilə imzalamağa hazırlaşır

Kataloniya nəhəngi “Barselona” idman malları istehsalçısı, amerikan şirkəti “Nike” ilə tarixi 10 illik müqaviləsini elan etməyə hazırlaşır.

Arena.az bu barədə “Barça Universal” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müqavilənin şərtlərinə əsasən, “Barselona” ildə 90 milyon avro məbləğində qazanc götürəcək. “Blauqrana”nın “Nike” idman brendi ilə cari müqaviləsi isə illik 35 milyon avro məbləğindədir.

Xatırladaq ki, “Barselona”nın futbolçuları 1998-ci ildən amerikan şirkətinin avadanlıqlarında məşq edir, məhsullarından istifadə edirlər.

2024/2025-ci illər mövsümünə “Barselona” “Valensiya” (2:1) və Bilbao “Atletik”i (2:1) üzərində qələbələrlə başlayıb. 2 turdan sonra “blauqrana” La Liqanın yarış cədvəlində 6 xalla liderlər dəstəsində – 2-ci pillədə qərarlaşıb. La Liqaya 3 oyundan 7 xalla “Vilyarreal” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: