“Barselona” qəribə klub antirekorduna imza atdı

Yanvarın 7-də İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin “Barbastro” – “Barselona” oyunu Kataloniya klubu üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Estadio Munisipal de Barbastro” stadionunda keçirilmiş oyun Kataloniya nəhənginin 3:2 hesablı səfər qələbəsi ilə başa çatıb.

Buna rəğmən, bu hesab “Barselona” üçün antirekordla əlamətdar olub. Belə ki, Kataloniya nəhəngi artıq 20 oyundur ki, 1 top fərqindən artıq fərqlə qələbə qazana bilmir. Müvafiq hal klub tarixində bir ilkdir.

Xatırladaq ki, “Barsa” sonuncu dəfə 1 top fərqindən artıq fərqlə sentyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Antverpen”lə oyunda qələbə qazanmışdı. Kataloniya nəhəngi Belçika təmsilçisini 5:0 hesabı məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: