“Barselona” “Real”ı ÇL zəfəri münasibətilə təbrik etdi

“Real”ın əzəli rəqibi “Barselona” “kral klubu”nu Çempionlar Liqasının 2023/2024-cü illər mövsümündəki qalibiyyəti münasitilə təbrik edib.

Arena.az məlumat verir ki, Kataloniya nəhənginin mətbuat xidməti “blauqrana”nın rəsmi “X” sosial şəbəkə hesabı üzərindən “qaymaqlılar”a qısa müraciət ünvanlayıb:

“Real”ı Çempionlar Liqasında qalibiyyəti münasibətilə təbrik edirik”, – “Barselona”nın təbrikində deyilir.

Xatırladaq ki, iyunun 1-də Londonun məşhur “Uembli” stadionunda “Real” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə qitənin ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: