“Barselona” “Real”ı Texasda kötəklədi – Video

İspaniyanın “Barselona” və “Real” komandaları arasında təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirilib.

Arena.az xəbər verir ki, oyun Kataloniya nəhənginin böyükhesablı qələbəsi ilə başa çatıb.

Texas ştatının Arlinqton şəhərindəki “AT&T” stadionunda keçirilən oyunda “Barselona” “Real”ın qapısından 3 cavabsız top keçirib. Kataloniyalıların heyətində qolları Usman Dembele (15), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) vurublar. Madridlilərin oyun tarazlığını 20-ci dəqiqədə Vinisius Junior pozub. Braziliyalı ulduz 20-ci dəqiqə kataloniyalıların qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.

Növbəti oyunda “Barselona” “Milan”la, “Real” isə “Yuventus”la qarşılaşacaq. Bu oyunlar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: