“Barselona” tribunaları Vinisius Juniora ölüm şüarı səsləndirdi

Çempionlar Liqasının 1/8 finalının “Barselona” – “Napoli” cavab oyunu (3:1) ərəfəsində xoşagəlməz, yolverilməz hadisə yaşanıb.

Arena.az “Carrusel Deportivo” dərgisinə istinadən məlumat verir ki, bir dəstə “Barselona” azarkeşi tribunalardan “Real”ın braziliyalı sol vingeri Vinisius Juniorun ünvana təpki göstəriblər.

Azarkeşlər sözügedən oyunun başlanması ərəfəsində səslərini başlarına ataraq, tribunalrdan “Vinisius öl!” qışqırmağa, braziliyalı futbolçuya şüarlar səsləndirməklə, ölüm arzulamağa başlayıblar.

UEFA-nın İntizam Komitəsinin bu xoşagəlməz hadisə barədə tədbir görəcəyi təxmin edilir.

Xatırladaq ki, braziliyalı futbolçu mütəmadi olaraq rəqib komandaların azarkeşləri tərəfindən təhqirlərə məruz qalır. Daha əvvəl İspaniya La Liqası milli çempionatın 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) “yarasalar”ın yeniyetmə azarkeşinin Vinisiusa “meymun” deməsi ilə bağlı araşdırma başlatmışdı.

Həmçinin daha əvvəl “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirmişdi ki, Vinisius rəqib azarkeşlər tərəfindən ən çox təhqir edilən futbolçudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: