“Barselona”ya “Nike” ilə müqaviləni pozmağa icazə verilmədi

Məşhur amerikan brendi “Nike” şirkətinin müraciətindən sonra məhkəmə “Barselona” futbol klubuna qadağa tətbiq edib.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, məhkəmə Kataloniya nəhənginə təchizatçı ilə müqaviləni birtərəfli qaydada ləğv etməsinə qadağa qoyub.

Mənbənin məlumatına görə, müqavilə işin yekun həllinə qədər qüvvədə qalacaq. “Nike” 2028-ci ilə qədər o vaxt ildə 120 milyon avro məbləğində olan və komandanın hər mövsümdə əldə etdiyi nailiyyətlərə müvafiq olaraq bu rəqəmi azaldan, nəzərdə tutulmuş həmin şərtlə “Barselona” ilə işləməyə davam edəcək.

Xatırladaq ki, daha əvvəl mətbuatda xəbər verilmişdi ki, alman şirkəti “Puma” “Barsa”ya 100 milyon avro məbəğində imza üstəliyi təklif edir. Almaniya brendi İspaniya klubuna hər il sabit olaraq 120 milyon avro məbləğ ödəməyə hazırdır.