“Başakşəhər” Konfrans Liqasında “Kopenhagen”ə qarşı

Bu gün Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.

Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək.

İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olacaq.

İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Çelye”si ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 4-cü tura noyabrın 27-də start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 3-cü tur
7 noyabr

18:30. “Vikinqur” (İslandiya) – “Borats” (Bosniya və Herseqovina)
21:45. “Gent” (Belçika) – “Omoniya” (Kipr)
21:45. “Legiya” (Polşa) – “Dinamo” (Minsk, Belarus)
21:45. HJK (Finlandiya) – “Olimpiya” (Sloveniya)
21:45. “Şemrok Rovers” (İrlandiya) – TNS (Uels)
21:45. “Petrokub” (Moldova) – “Rapid” (Avstriya)
21:45. TSK (Serbiya) – “Luqano” (İsveçrə)
21:45. “Pafos” (Kipr) – “Astana” (Qazaxıstan)
00:00. “Çelsi” (İngiltərə) – “Noa” (Ermənistan)
00:00. “Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə)
00:00. LASK (Avstriya) – “Serkl Brügge” (Belçika)
00:00. “Betis” (İspaniya) – “Çelye” (Sloveniya)
00:00. “Yurqorden” (İsveç) – “Panatinaikos” (Yunanıstan)
00:00. APOEL (Kipr) – “Fiorentina” (İtaliya)
00:00. “Vitoriya” (Portuqaliya) – “Mlada Boleslav” (Çexiya)
00:00. “Harts” (Şotlandiya) – “Haydenhaym” (Almaniya)
00:00. “Yagelloniya” (Polşa) – “Molde” (Norveç)
00:00. “Larne” (Şimali İrlandiya) – “Sankt Qallen” (İsveçrə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: