“Başakşəhər”dən Konfrans Liqasında ilk qələbə

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 6-cı turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

İngiltərənin “Çelsi” klubu Qazaxıstanda “Astana” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. “Fiorentina” (İtaliya) evdə Avstriyanın LASK klubu ilə üz-üzə gəlib və 7 cavabsız qola sevinib.

Türkiyə təmsilçisi “Başakşəhər” isə Almaniyanın “Haydenhaym” komandasını qəbul edib. İstanbul klubu doğma meydanda inamlı qələbəyə sevinib.

Bu gün Sumqayıtda da bir qarşılaşma baş tutub. Məlum səbəblərdən rəqiblərini ölkəmizdə qəbul edən Minsk “Dinamo”su (Belarus) Şimali İrlandiyanın “Larne” komandasını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sınağa çəkib. Görüş nominal meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Avropa Konfrans Liqasında Liqa mərhələsinin 6-cı turuna dekabrın 20-də start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 5-ci tur
12 dekabr

“Vikinqur” (İslandiya) – “Yurqorden” (İsveç) 1:2
Qollar: Siqurpalsson, 72 – Kosuqi, 62. Vikheym, 65.

“Astana” (Qazaxıstan) – “Çelsi” (İngiltərə) 1:3
Qollar: Tomasov, 45 – Qiu, 14; 18. Veyqa, 39.

“Kopenhagen” (Danimarka) – “Harts” (Şotlandiya) 2:0
Qollar: Şeyxa, 48. Diks, 78-pen.

“Fiorentina” (İtaliya) – LASK (Avstriya) 7:0
Qollar: Sottil, 10; 58. İkone, 22. Riçardson, 39. Mandraqora, 69. Stoykoviç, 82-öz qapısına. Qudmundsson, 85-pen.

“Başakşəhər” (Türkiyə) – “Haydenhaym” (Almaniya) 3:1
Qollar: D.Türüç, 6. Krespo, 18. Pyontek, 68 – Honsak, 61.

“Legiya” (Polşa) – “Luqano” (İsveçrə) 1:2
Qollar: Morişita, 11 – Bottani, 40. Haydari, 74.

HJK (Finlandiya) – “Molde” (Norveç) 2:2
Qollar: Ervin, 32. Meriluto, 90+2 – İhler, 14; 27.

“Olimpiya” (Sloveniya) – “Serkl Brügge” (Belçika) 1:4
Qollar: Blanko, 5 – Olaiqbe, 2; 81. F.Auqusto, 24. Denki, 72.

“Petrokub” (Moldova) – “Betis” (İspaniya) 0:1
Qol: Bakambu, 54.

“Dinamo” (Belarus) – “Larne” (Şimali İrlandiya) 2:0
Qollar: Qavriloviç, 67-pen. Jerdev, 73.

“Noa” (Ermənistan) – APOEL (Kipr) 1:3
Qollar: Ayas, 45+4 – Çebake, 23. Kostadinov, 89. Abaqna, 90+3.

“Gent” (Belçika) – Baçka Topola (Serbiya) 3:0
Qollar: Din, 8-pen. Qandelman, 13. Surdez, 20.

“Omoniya” (Kipr) – “Rapid” (Avstriya) 3:1
Qollar: Kakulis, 52. Semedo, 66. Alium, 90+6 – Belyo, 62.

“Şemrok Rovers” (İrlandiya) – “Borats” (Bosniya və Herseqovina) 3:0
Qollar: Kenni, 12; 64. Farrucia, 56.

TNS (Uels) – “Panatinaikos” (Yunanıstan) 0:2
Qollar: Dyuriçiç, 15. İoannidis, 62-pen.

“Mlada Boleslav” (Çexiya) – “Yagelloniya” (Polşa) 1:0
Qol: Vidra, 76.

“Sankt Qallen” (İsveçrə) – “Vitoriya” (Portuqaliya) 1:4
Qollar: Çobot, 66 – Mendes, 33. Qustavo, 58. A.Kosta, 84. Samu, 90+4.

“Pafos” (Kipr) – “Çelye” (Sloveniya) 2:0
Qollar: Draqomir, 48. Korreya, 63.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: