“Bayern” daşqın qurbanlarına 1 milyon avroluq yardım etdi

Almaniya nəhəngi “Bayern” Almaniyanın cənubunda daşqından zərər çəkmişlərə 1 milyon avro məbləğində yardım edib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Daşqın böyük ziyan və dəhşətli iztirablara səbəb oldu. Xüsusən də belə müstəsna hallarda xüsusi ictimai ruh gərəkdir, hansı ki, indi çoxlu insanlar bunu yerlərdə nümayiş etdirirlər. “Bayern” Futbol Klubu həmrəylik nümayiş etdirməyə və qurbanları dəstəkləməyə çalışır”, – Münhen klubunun mətbuat xidməti klubun prezidenti Herbert Haynerdən sitat gətirir.

Bildirilir ki, klub bu vəsaitin dəqiq necə istifadə ediləcəyinə yaxın vaxtlarda qərar verəcək.

Xatırladaq ki, “Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümünü qənimətsiz başa vuraraq, Bundesliqanın bürünc medalı ilə təsəlli tapıb. Bu, Almaniya nəhənginin büdcəsinə təsir göstərsə də, klub ictimai fəaliyyətində nümunəvi davranışı ilə diqqət çəkib və təbii fəlakət qurbanlarına yardım edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: