“Bayern” klubun loqosunu yenilədi və səbəbini açıqladı

Almaniya nəhəngi “Bayern” klubun loqosunu yeniləyib və bu qərarının səbəbini ictimaiyyətə açıqlamaq məqsədilə rəsmi bəyanat yayıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Tərtibat baxımından Münhen klubunun loqosu heç bir ciddi dəyişikliyə uğramayıb, sadəcə loqonun rəng çalarları – qırmızı və göy rənglər bir qədər parlaqlaşdırılıb.

Klubun mətbuat xidməti Münhen təmsilçisinin rəsmi saytında müvafiq bəyanatla çıxış edərək, müvafiq qərarı əsaslandırıb:

“Son aylarda “Bayern” özünün korporativ üslubunun rəng çalarlarını müasirləşdirirdi. Beləliklə, klub 2025-ci ilin iyun ayında qüvvəyə minəcək əlçatanlığın təkmilləşdirilməsi ilə bağlı yeni Almaniya qanununun müddəalarına əməl edir və mətn və örtük rəngləri arasındakı fərq nisbətini rəqəmsal sahədə veb-məzmunun əlçatanlığı üçün təlimatların tələblərinə müvafiq olaraq tənzimləyir. Müvafiq tədbir çərçivəsində, 2017-ci ildəki son müasirləşdirmədən sonra ilk dəfə olaraq klubun loqosu da bir qədər dəyişdirilib.

Yeni tərtibat təkmilləşdirilmiş istifadəçi təcrübəsini təqdim edəcək. Bütün əməliyyat sahələrində sabit üsluba malik vahid “Bayern” loqosu olduğundan, sazlama sırf rəqəmsal xüsus deyil, yeni tərtibatlar isə tədricən təqdim edilir. Bu tədbirlər üçün həlledici ilkin şərt əlçatanlıq məsələsidir, “Bayern”ə əlçatanlıq hər kəs üçün mümkün qədər sadə olmalıdır”, – klubun bəyanatında deyilir.

Logo FC Bayern
Xəbəri sosial şəbəkələrdə paylaş: