“Bayern” Kompaninin rəhbərliyi ilə ilk oyununda 14 qola sevindi

“Bayern” belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərliyi altında ilk oyunu çərçivəsində həvəskar “Rottax-Eqern” komandası ilə qarşılaşıb.

Arena.az məlumat verir ki, mövsümöncəsi hazırlıq oyunu Almaniya nəhənginin həvəskar kollektiv üzərində 14:1 hesablı darmadağını ilə başa çatıb.

Münhen nəhənginin heyətində Adin Litsina və Nestori İrankunda dubla imza atıblar. Matis Tel isə het-triklə fərqlənib. Nussayr Mazraui, Rafael Gerreyro, Arion İbrahimoviç, Saşa Boe, Mudaser Sadat, Conatan Yensen və Noel Aseko hərəyə bir qol vurublar. Həvəskar komandanın yeganə qolunu Tobias Şlixtner vurub.

Xatırladaq ki, 38 yaşlı belçikalı mütəxəssis “Bayern”i cari ilin mayında qəbul edib. Yay transfer pəncərəsində Kompani bu klubun 3 transferinə razılıq verib. Almaniya nəhəngi “Ştutqart”da mərkəz müsafiəçisi Hiroki İto, “Kristal Pelas”dan vinger Maykl Olise və “Fulhem”dən dayaq yarımmüdafiəçisi Joao Palinya ilə güclənib.

Kompani ötən mövsüm müxtəlif rəqiblərə qarşı qeyri-sabit oyunu ilə diqqət çəkən “Bayern”in rəqibə görə oynamasında yaşadığı naqislikləri çözmək üçün məhz belə zəifə qarşı oyunda israrlı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: