“Bayern”in fəxri prezidenti Uli Höness Münhen klubunun Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso ilə maraqlandığını təsdiqləyib.
Arena.az “Ran” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu müddət ərzində o, böyük klubun məşqçisi ola biləcəyini sübut etdi. Onun uğrunda rəqabətdə qalib gəlmək çətin olacaq, çünki “Liverpul”, “Real”, Leverkuzen “Bayer”i və “Bayern” kimi klublar bunun üzərində işləyirlər.
Çətin ki, hazırda işsiz olan uyğun məşqçi olsun. Daha doğrusu, belə məşqçilər hardasa müqavilə ilə işləyirlər və ola bilsin ki, böyük uğurlar qazanırlar. Onları “Bayern”in ölçü olduğuna inandırmaq o qədər də asan deyil”, deyə Höness vurğulayıb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 26 turundan 70 xalla yarış cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır və yarışın qalibi adına əsas namizədlərdən biridir.
Xatırladaq ki, Münhen təmsilçisinə hazırda Tomas Tuxel rəhbərlik edir. Lakin alman mütəxəssis 2023/2024 mövsümü bitən kimi, komandanın qazanacağı nəticələrdən asılı olmayaq, postundan ayrılacaq. Klub artıq bu barədə rəsmi açıqlama da yayıb.


